Yunan sahillərində mazutla dolu tanker batdı – İçində 11 nəfər olub

Yunan sahillərində mazutla dolu tanker batdı –  İçində 11 nəfər olub

Yunanıstanda Pirey limanı yaxınlığında tanker batıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, “Aspropirqos” neftemalı zavodundan çıxan tanker 2,2 ton mazut və 370 ton dəniz qazoyluyla dolu olub. Sahildə lövbərdə dayanan tanker bazar günü səhər saatlarında suyun dibinə çöküb.

Tankerdə 11 heyət üzvü olub. Patrul kateri onlardan yalnız 2-sini xilas edə bilib. Kapitan və baş mexanik Pirey limanına aparılaraq burada həbs ediliblər. Lakin sonradan prokurorun qərarıyla hər iki şəxs sərbəst buraxılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, hazırda yerli hakimiyyət orqanları dənizin neft məhsullarıyla çirklənməsini dayandırmağa çalışırlar.

OilGas.az

 

 

 

227 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ