Yüksəksıxlıqlı Polietilen Zavodunun istehsala başlayacağı tarix açıqlandı

Yüksəksıxlıqlı Polietilen Zavodunun istehsala başlayacağı tarix açıqlandı

“SOCAR Polymer” layihəsinin illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksəksıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.

OilGas.az xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.

O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.

26 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ