İran neft tankerindən bəd xəbər – Bütün heyət üzvləri ölüb

İran neft tankerindən bəd xəbər – Bütün heyət üzvləri ölüb

Şərqi Çin dənizində qəzaya uğrayan “Sanchi” neft tankerinin bütün heyət üzvləri həlak olub.

OilGas.az xəbər verir ki, bu barədə İran hakimiyyəti məlumat verib.

Xatırladaq ki, Panama bayrağı ilə İrandan Cənubi Koreyaya hərəkət edən “Sanchi” neft tankeri və Honkonqa məxsus yük gəmisi “CF CRYSTAL” toqquşub. Toqquşma nəticəsində tankerdə yanğın baş verib. İran şirkətinə məxsus tankerdə 32 nəfər (30-u İran, 2-si isə Banqladeş vətəndaşı), yük gəmisində 21 nəfər olub. Yük gəmisinin heyəti xilas edilsə də, tankerin heyətilə əlaqə itirilib.

“Sanchi” neft tankerində 136 min ton İran nefti olub. Tankerdəki yanğın 4 gün söndürülə bilməyib. Nəticədə partlayış baş verib.

OilGas.az

266 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ