Yevlaxda qazlaşma səviyyəsi 100%-ə çatdırılır

Yevlaxda qazlaşma səviyyəsi 100%-ə çatdırılır

Bu gün Tərtər Regional qaz istismar İdarəsinin Yevlax xidmət sahəsinin ərazisində yerləşən Yevlax rayonunun Dəlləklər, Göyük və Nəmirli kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Oilgas.az-a verilən məlumata görə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və “Tikinti norma və qaydaları”nın tələblərinə tam riayət olunmaqla hər 3 kənddə qazın açılışı təmin edilib. Dəlləklər kəndinin 57, Göyük kəndinin 51 və Nəmirli kəndinin 88 abonentinin hər biri əvvəlcədən təlimatlandırılıb, onlarla fərdi qaydada müqavilə bağlanılıb və təbii qazın verilməsi həyata keçirilib. Kəndlərdə qazlaşma işlərinin aparılması üçün 15 min metrdən çox uzunluğunda müxtəlif diametrli polad borulardan və 10 min metrə yaxın polietilen borulardan istifadə olunub. Hər bir abonent üçün fərdi qaz tənzimləyicisi və sayğac quraşdırılıb. Beləliklə, hazırda qazlaşma aparılan Bəydili kəndində də işlər başa çatandan sonra Yevlax rayonunda qazlaşma səviyyəsi 100%-ə çatdırılacaq.

1427 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ