Yeni neft kəməri tikilir – İllik nəqletmə gücü 5 milyon ton

Yeni neft kəməri tikilir – İllik nəqletmə gücü 5 milyon ton

Qazaxıstan və Özbəkistan arasında yeni neft kəməri tikiləcək.

OilGas.az Kazinform-a istinadən xəbər verir ki, Şımkent-Cizak magistral neft kəmərinin illik nəqletmə gücü 5 milyon ton olacaq. Kəmərin 2021-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, ötən həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Özbəkistana rəsmi səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb.

OilGas.az

 

282 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ