Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Yeni kriptovalyuta yaradılır – Neftə əsaslanacaq
Venesuela öz şəxsi kriptovalyutasını yarada bilər.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib. Onun sözlərinə görə, kriptovalyuta Venesuelaya ölkəni maliyyə blokadasından çıxarmaq üçün lazımdır.
Maduro qeyd edib ki, Kriptovalyuta El-Petro adlanacaq və sistem neftlə əlaqəli olacaq.
Yeni sistemin yaranmasında başlıca məqsəd isə ABŞ sanksiyalarının qüvvədə olduğu bir şəraitində maliyyə müstəqilliyinə nail olmaqdır.
El-Petronun köməkliyilə Karakas büdcəni doldurmağın yeni üsullarını tapmaq niyyətindədir. Bunun üçün sistem ölkənin ehtiyatlarına, faydalı qazıntılara – neft, qaz, almaza əsaslanacaq.
Qeyd edək ki, noyabrda rəsmi Vaşinqton və Avropa İttifaqı Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu, Aİ və ABŞ-ın ölkə hakimiyyətilə müxalifət arasında münaqişəyə cavabıdır.
MÜZAKİRƏ