Moskvada yaşayış binasında yanğın: Ölən və yaralananlar var – VİDEO

Moskvada yaşayış binasında yanğın: Ölən və yaralananlar var – VİDEO

Moskvada insan ölümü ilə nəticələnən yanğın baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Ramenskdə beşmərtəbəli yaşayış evində baş verən yanğın 2 nəfər ölüb, ən azı 7 nəfər yaralanıb.

Hadisə yerinə 12 nəfərlik yanğınsöndürmə briqadası və 4 texnika cəlb olunub.

İlkin ehtimala görə, ikinci mərtəbədə yaşayan yaşlı qadının evində partlayış baş verib. Hadisənin qazdan qaynaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

982 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ