Yaşayış binasında partlayış – Yaralılar var

Yaşayış binasında partlayış – Yaralılar var

Rusiyada güclü partlayış baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Krasnodar şəhərində qeydə alınıb. Partlayışa səbəb beşmərtəbəli yaşayış binasındakı mənzillərindən birində yaranan qaz sızması olub.

İlkin ehtimala görə, partlayış baş verən evin sahibi hadisə zamanı sərxoş olub. Bədəninin 90 faizi yanan həmin şəxs xəstəxanaya çatdırılıb.

Yanğın qonşu mənzillərə də keçdiyi üçün yaralıların sayı 7 nəfərə çatıb.

Faktla bağlı araşdırma başlanıb.

639 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ