Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Yanvar ayında Azərbaycanda nə qədər neft və qaz hasil edilib? – Statistika
Bu ilin yanvar ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 3 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən OilGas.az-a verilən məlumata görə, əvvəlki ilin yanvar ayına nisbətən bu rəqəm 1,2 faiz artıb.
Cari ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 360,7 min ton xam neft hasil edilib. Hasil edilən neftin 3 356,7 min tonu əmtəəlik xam neftin payına düşüb.
Sözügedən dövr ərzində Azərbaycanda 2 486,8 mln. kubmetr həcmində təbii qaz hasil edilib. Hasil edilən təbii qazın 1 576,6 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Beləliklə, bu ilin yanvar ayı ərzində Azərbaycanda neft hasilatı 0,2 faiz, qaz hasilatı isə 5,9 faiz azalıb.
MÜZAKİRƏ