Yanacaqdoldurma məntəqələrində saatlarla növbə yarandı – Benzin çatışmır

Yanacaqdoldurma məntəqələrində saatlarla növbə yarandı – Benzin çatışmır

Venesuelanın yanacaqdoldurma məntəqələrində benzin üçün uzun növbələr düzülüb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin paytaxtı Karakasda növbədə gözləmək müddəti 4 saata çatır. Burada növbədə 300 avtomobil olur.

Merida ştatında benzin çatışmazlığı ardıcıl olaraq beşinci gündür ki müşahidə olunur. Burada hər bir sürücü növbədə təxminən 3 saat dayanmalı olur. Bununla belə, yanacaq çəninə 30 litrdən artıq benzin doldurulmur. Bəzi yanacaqdoldurma məntəqələri ümumiyyətlə bağlıdır.

Santa-Barbara del Zulia şəhərində benzin yalnız ictimai nəqliyyatlara və fermerlərə verilir.

Venesuelanın neft naziri Euloxio del Pino yaxın zamanda bütün ölkə ərazisi üzrə yanacağın paylanması sistemini yoluna qoyacağını vəd edib. O, yanacaq çatışmazlığıyla bağlı problemin dətezlikdə aradan qaldırılacağını qeyd edib.

Qeyd edək ki, hökumət ölkədə hökm sürən yanacaq çatışmazlığının ərzaq məhsulları tədarükündə problem yaradacağından ehtiyatlanır.

OilGas.az

249 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ