Yanacaq daşıyan maşın yandı – 20-dən çox yaralı

Yanacaq daşıyan maşın yandı – 20-dən çox yaralı

Yanacaq daşıyan maşının avtomobillə toqquşması partlayışla nəticələnib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İtaliyanın Bolonya şəhərində qeydə alınıb. Toqquşma zamanı avtosistern açıb və alışıb.

Yanğın yaxınlıqdakı digər maşınlara da keçib. Yanacaq çəninə alovun daxil olması nəticəsində avtomobillərdən bəziləri də partlayıb.

Hadisə nəticəsində ən azı 20 nəfər yaralanıb.

Qəza yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

2040 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ