“Yamal LNG” üzrə ilk LNG partiyası ABŞ-a ixrac olunacaq

“Yamal LNG” üzrə ilk LNG partiyası ABŞ-a ixrac olunacaq

Rusiyanın “Yamal LNG” mayeləşdirilmiş təbii qaz (LNG) layihəsi üzrə ilk LNG partiyası ABŞ-a ixrac olunacaq.

OilGas.az “LNG World News” portalına istinadən xəbər verir ki, Malayziyanın “Petronas” şirkəti tərəfindən satın alınan yük Böyük Britaniyaya nəql olunub.

Fransanın “Engie” enerji şirkəti LNG partiyasını Böyük Britaniyadan ABŞ-a çatdıracaq. Beləliklə yekun olaraq “Yamal LNG” üzrə ilk LNG partiyası ABŞ-a tədarük ediləcək.

“MarineTraffic” portalının məlumatına əsasən, “Engie” şirkətinə məxsus “Gaselys” LNG-tankeri mayeləşdirilmiş təbii qaz yükünü Britaniyanın Kent qraflığında yerləşən “Isle of Grain” terminalından ABŞ-ın Boston şəhərindəki “Everett” terminalına daşıyacaq. İlk LNG partiyasının ABŞ-a yanvarın 22-də çatacağı deyilir.

Qeyd edək ki, “Yamal LNG”nin 50,1%-i “Novatek”ə, 20%-i Fransanın Total, 20%-i Çinin CNPC şirkətinə, 9,9%-i isə Çinin İpək Yolu Fonduna məxsusdur.

OilGas.az

256 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ