“Yalnız azərbaycanlılar müraciət etsin” – “Palmali” işçi qəbulu elan etdi

“Yalnız azərbaycanlılar müraciət etsin” – “Palmali” işçi qəbulu elan etdi

“Palmali” Şirkətlər qrupu bu günden etibarən gəmiçiliyin müxtəlif təyinatlı gəmilərində işləmək üçün dənizçilərə şans verir.

OilGas.az xəbər verir ki, işçi qəbulu bu gün 14 martdan etibaren 1 avqusta qədər davam edəcək.  Vakant yerlər əsasən Avropa və Amerika limanlarına gedən gəmilər üçün nəzərdə tutulub.

Türkiyədə və bir çox dünya ölkələrində fəaliyyət göstərən “Palmali Holding” daha 500 Azərbaycan vətəndaşını işlə təmin edəcəyini məmnunluqla bəyan edib:

“Palmali” Şirkətlər Qrupunun yeni tikdirdiyi gəmilərində ve yeni layihələrde işləmək üçün 20-60 yaş arasındakı təcrübəli dənizçilərə şans veriləcək. Dünyanın aparıcı gəmiçilik şirkətlərindən olan “Palmali” 500-dən çox vakant yer üzrə müxtəlif ixtisas sahibli gəmiçiləri öz sırasında görmək istəyir. Yeni tikilən gəmilərdə və digər layihələrdə iştirak edən dənizçilər əsasən Avropa və Amerika sularında üzəcək”.

“Şirkət xaricdə fəaliyyət göstərsə də, hər zaman Azərbaycan vətəndaşlarına xüsusi diqqəti ilə seçilməkdə davam edəcək”, -deyə məlumatda bildirilib.

Qeyd edək ki, vakant yerlər gəmi kapitanı, kapitanın baş köməkçisi, 2-ci köməkçi, baş çilingər, 2-ci, 3-cü dərəcəli çilingər, elektrik, bosman, matorçu, matros və aşpaz vəzifələri üzrədir.

Müraciət etmək istəyənlər müvafiq sənədləri CV-lərə əlavə edərək [email protected] elektron ünvanına göndərə bilər.

6825 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ