XXI əsr təbii qaz əsridir – Berat Albayrak

XXI əsr təbii qaz əsridir – Berat Albayrak

“XXI əsrdə ən vacib enerji mənbəyi təbii qaz olacaq.

OilGas.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

“Dünyada bir çox hesabatda ifadə edidliyi kimi, XIX əsr kömür, XX əsr neft, XXI əsr isə təbii qaz əsridir. Bu barədə çox dərin təhlillər və hesabatlar var. Ekosistemin inkişaf etdiyi bir dövrdə biz mayeləşdirilmiş təbii qazı da nəzərə alırıq. Növbəti 5 il ərzində sadəcə Avstraliya və ABŞ-da mövcud həcmin yarısından daha artıq həcmdə mayeləşdirilmiş təbii qaz dövrəyə girəcək. Bəzilərinə görə 60, bəzilərinə görə 100 milyard kubmetrə yaxın mayeləşdirilmiş təbii qaz dünya bazarına daxil olacaq. Bunu nəzərə alaraq, Türkiyə olaraq LNG sahəsinə də investisiya yatırmalıyıq. Ötən il Türkiyə gündəlik 64 milyon kubmetr qaz hasil edib. LNG infrastrukturunu hasilatı gündəlik 107 milyon kubmetrə çatacaq şəkildə inkişaf etdiririk”, -deyə nazir qeyd edib.

OilGas.az

177 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ