Xırdalan qazsız qaldı – “Azərsu”nun texnikasına görə

Xırdalan qazsız qaldı – “Azərsu”nun texnikasına görə

Bu gün axşam saatlarında “Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib.

OilGas.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində Xırdalan şəhəri qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda təmsil etdiyi qurumun əməkdaşları hadisə yerində işləyir: “Saat 17:30-dan etibarən əməkdaşlarımız qaz sızmasının qarşısını almaq üçün ərazidə işləyir. Yaxın saatlarda əraziyə qazın verilməsi təmin ediləcək”.

OilGas.az

234 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ