Xəzər dənizində baş verən qəzada yaralananların sayı açıqlandı – Rəsmi

Xəzər dənizində baş verən qəzada yaralananların sayı açıqlandı – Rəsmi

Xəzər dənizində borudüzən gəmidə baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.

OilGas.az xəbər verir ki, bu barədə Trend-ə “Saipem” şirkətindən bildiriblər.

Şirkət qeyd edib: “Mayın 8-də, təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal-hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır”.

“Saipem” həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: “Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. “Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır”.

Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.

92 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ