Xardal yağından olan bioyanacaqla uçuş həyata keçirildi

Xardal yağından olan bioyanacaqla uçuş həyata keçirildi

Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus ikimotorlu reaktiv sərnişin təyyarəsi qarışıq yanacaqla ABŞ-dan Avstraliyaya uçuş həyata keçirib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, “Boeing 787 Dreamliner” sərnişin təyyarəsinin yanacağının bir qismini xardal yağı təşkil edib.

Los-Ancelesdən Melburna uçuş 15 saat davam edib. Təyyarə standart aviasiya kerosiniylə (ağ neft) doldurulub. Bu yanacağa isə xardal toxumları əsasında hazırlanmış 10 faiz üzvi yağ əlavə edilib.

Şirkət nümayəndəsinin sözlərinə görə, belə yanacaq təhlükəli deyil. Eyni zamanda, karbon qazı tullantılarını 7 faiz azaltmağa imkan verir.

“Gələcəkdə bioyanacaqdan istifadə etmək karbon qazı tullantılarının 80 faiz azaldılmasına şərait yaradacaq”, -deyə şirkət rəsmisi əlavə edib.

497 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ