Xalid əl-Falih OPEC+ sazişini dəyərləndirdi: “Əməkdaşlığımız arzulanan nəticələr gətirəcək”

Xalid əl-Falih OPEC+ sazişini dəyərləndirdi: “Əməkdaşlığımız arzulanan nəticələr gətirəcək”

OPEC ölkələri və kartelə daxil olmayan digər neft istehsalçılarının neft hasilatını azaltmağa dair sazişi müsbət nəticələr verəcək.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih deyib. Nazir sazişin neft bazarlarını balanslaşdırmağa davam edəcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, bizim yüksək səviyyəli əməkdaşlığımız davam edəcək və arzulanan nəticələr gətirəcək”, -deyə əl-Falih qeyd edib.

235 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ