Xalid əl-Falih Moskvaya gedir – OPEC+ müzakirə olunacaq

Xalid əl-Falih Moskvaya gedir – OPEC+ müzakirə olunacaq

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurlar naziri Xalid əl-Falih Moskvaya səfər edəcək.

OilGas.az TASS agentliyinə istinadən xəbər verir ki, nazirin bu səfəri Rusiyada keçiriləcək dünya çempionatı çərçivəsində Rusiya-Səudiyyə Ərəbistanı futbol matçıyla əlaqədardır.

Məlumata görə, səfər zamanı əl-Falih rusiyalı həmkarı Aleksandr Novakla görüşəcək. Görüş zamanı başlıca müzakirə mövzusunun OPEC+ sazişi və hasilatın məhdudlaşdıırlması üzrə kvotaların azaldılması olacağı gözlənilir.

Belə ki, hər iki nazir 2018-ci ilin üçüncü rübündən hasilatın yumşaq şəkildə bərpasının önəmli olduğunu bildirirlər.

39 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ