Xaçmazda qəza – 80 abonent qazsız qaldı – FOTO

Xaçmazda qəza – 80 abonent qazsız qaldı – FOTO

Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 mm olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb.

Bu barədə Oilgas.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda 80 abonentin qaz təminatı dayandırılıb.

“Azəriqaz” İB-nin Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə yaxın saatlarda bərpa işlərinə start veriləcək.

33 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ