Wood Mackenzie: OPEC sazişin müddətini yenə artırmalı olacaq

Wood Mackenzie: OPEC sazişin müddətini yenə artırmalı olacaq

“OPEC-ə üzv ölkələr ,ola bilsin ki, neft hasilatının azaldılması barədə sazişin müddətini yenidən uzatmalı olacaqlar”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Wood Mackenzie” araşdırma şirkətinin analitikləri bildiriblər.

Ekspertlərin fikrincə, 2018-ci ilin ikinci yarımilliyinə qədər bazar ABŞ-dan əlavə şist neft tədarükünü və ölkələrin sazişdən sonra hasilatı artırmasını “uda bilməyəcək”. Belə ki, ilin birinci rübündə adətən neft tələbi aşağı olur. 2018-ci ilin martında hasilatın azaldılması barədə sazişin müddəti başa çatdığına görə bu zaman da bazarda qiymətlər ucuzlaşa bilər.

“Wood Mackenzie”nin proqnozlarına əsasən, bu il neft təklifi gündəlik 240 min barelə qədər arta, tələb isə gündəlik 1,3 milyon barel təşkil edə bilər. ABŞ-da şist neftinin hasilatı 2017-ci ildə gündəlik 430 min barel, 2018-ci ildə isə 800 min barelə qədər arta bilər. Brent neftinin bu il bir barelinin 55 dollar, 2018-ci ildə isə 57 dollar təşkil edəcəyi gözlənilir.

OilGas.az

376 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ