Vyana sazişinin uzunmüddətli perspektivləri – Nazir açıqladı

Vyana sazişinin uzunmüddətli perspektivləri – Nazir açıqladı

“Neft hasil edən ölkələr “qara qızıl”ın hazırki qiymətlərinə nəzarət edə bilmirlər. Lakin OPEC və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması barədə sazişi dünya bazarının uzunmüddətli yaxşılaşmasına gətirib çıxaracaq”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Halid əl-Falih bildirib. Nazir hesab edir ki, hazırda bazar düzgün istiqamətdə hərəkət edir:

“Lakin neft anbarlarındakı son illər yığılan neft həcminin çox olmasını nəzərə alsaq, neft hasilatının azaldılmasının effekt verməsi üçün zaman lazım gələcək”.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında müddəti daha 9 ay uzadılıb.

OilGas.az

 

255 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ