OPEC Rusiyaya rəğmən sazişin müddətini uzada bilər – Nazir açıqladı

OPEC Rusiyaya rəğmən sazişin müddətini uzada bilər – Nazir açıqladı

OPEC  Rusiyanin mövqeyindən asılı olmayaraq neft hasilatının azaldılması barədə sazişin müddətinin uzadılması barədə qərarı qəbul edə bilər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Anqola neft naziri Xose Mariya Botelyo de Vaskonselos bildirib.

“Bizə neft qiymətlərində yaxşı səviyyə əldə etmək lazımdır. Əgər buna nail ola bilməsək, sazişin müddətini bir az da uzadacağıq”, -deyə o qeyd edib.

Nazir bildirib ki, neft qiymətində “yaxşı” səviyyə dedikdə hər barelə görə 60 dollar nəzərdə tutur.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC neft hasilatının həcminin azdılması barədə razılığa gəlib. Dekabrın 10-da  Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

OilGas.az

184 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ