Vyana sazişinin monitorinqi üzrə görüş keçiriləcək – Nazirlər səviyyəsində

Vyana sazişinin monitorinqi üzrə görüş keçiriləcək – Nazirlər səviyyəsində

OPEC neft hasilatının azaldılması barədə sazişin monitorinqi üzrə nazirlər görüşünün keçirilməsini təklif edib.

OilGas.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Onun sözlərinə görə, təklif edilən görüşün mayın 24-də keçirilməsi gözlənilir:

“Görüşün OPEC iclası ərəfəsində mayın 24-də keçirilməsi təklif olunub. İndi hər kəs öz razılığını verməlidir. Prinsip etibarilə, bu tarix bizi qane edir, biz etiraz etmirik”.

Xatırladaq ki, ötən il dekabrın 10-da OPEC və kartelə daxil olmayan 11 ölkə neft hasilatının azaldılması barədə saziş imzalayıb. Mayın 25-də Vyanada sazişin müddətinin uzadılması müzakirə olunacaq.

OilGas.az

379 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ