Vyana sazişinin büdcə proqnozlarına – Təsiri

Vyana sazişinin büdcə proqnozlarına – Təsiri

OPEC və kartelə daxil olmayan ölkələrin neft hasilatını azaltmaq barədə imzaladıqları Vyana sazişi Rusiyanın 2017-ci il üçün proqnozlaşdırılan büdcə göstəricilərinə təsir etməyəcək.

OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib. Onun sözlərinə görə, proqnozlarda avqust ayında dəyişiklik ola bilər:

“Burada OPEC-lə Rusiya arasında bağlanan yeni saziş mühüm rol oynayacaq. Saziş proqnozda hər hansı dəyişikliklər edilməsinə səbəb ola bilər. Neft qiymətlərində artım, hasilatın azaldılması kimi dəyişikliklər gözləniləndi. Lakin yenədə də bizim qiymətləndirməmizə əsasən, 2017-ci ilin büdcə göstəricilərində əsaslı dəyişikliklər olmayacaq”.

Xatırladaq ki, ötən il noyabrın OPEC və kartelə daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 1,8 mln barel azaldılması barədə saziş imzalayıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. Mayın 25-də sazişin müddəti 2018-ci il aprel ayının 1-dək uzadılıb.

Saziş çərçivəsində Rusiya neft hasilatını gündəlik 300 min barel azaltmaq barədə öhdəlik götürüb.

OilGas.az

234 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ