Vyana sazişinə xəyanət – Bu ölkə öhdəliklərindən imtina edir

Vyana sazişinə xəyanət – Bu ölkə öhdəliklərindən imtina edir

Ekvador neft hasilatının azaldılması barədə Vyana sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən azad edilməyi xahiş edəcək.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin neft naziri Karlos Peres məlumat verib.

Öhdəliklərdən imtina maliyyə problemlərilə əlaqədardır. Xahiş sazişin digər iştirakçılarına OPEC-in noyabrda keçiriləcək növbəti sammiti zamanı təqdim olunacaq.

Ekvador 2018-ci ilə qədər gündəlik neft hasilatını 50 min barel artırmağı planlaşdırır. Bu isə Tiputin və Tambokoça yataqları hesabına mümkün olacaq.

Ekvadorun OPEC+ sazişini və onun iştirakçılarının kursunu dəstəklədiyini qeyd edən Peres tərəfdaşların öhdəliklərdən müvəqqəti  imtinaya görə Cənubi Amerika ölkəsini cəzalandırmayacaqlarına ümidini də ifadə edib.

Qeyd edək ki, OPEC+ sazişinə əsasən, Ekvador gündəlik neft hasilatını ötən ilin oktyabr ayına olan göstəricilərə nisbətən 25,6 min barel azaltmalıdır.

Xatırladaq ki, 2016-cı ildə OPEC və kartelə daxil olmayan ölkələr neft hasilatını azaltmaq barədə saziş imzalayıblar. Saziş 2017-ci ilin birinci yarımilliyi üçün nəzərdə tutulub, bu ilin may ayında müddəti 2018-ci ilin mart ayının sonuna qədər uzadılıb.

OilGas.az

274 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ