Vyana sazişinə nə zaman xitam verilə bilər? – Nazir tarix açıqladı

Vyana sazişinə nə zaman xitam verilə bilər? – Nazir tarix açıqladı

Rusiyanın energetika naziri Aleksandr Novak neft bazarının və hasilatın azaldılması barədə Vyana sazişinin gələcək prespektivlərini şərh edib.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, o, enerji bazarında balansın nə zaman yaranacağı barədə danışmağın tez olduğunu qeyd edib.

Novakın sözlərinə görə, Vyana sazişinin fəaliyyəti tələbin yüksək olduğu bir vaxtda, məsələn, gələn yayda dayandırılmalıdır:

“Əgər, neftə tələbat artarsa, sazişin bütün iştirakçıları tədricən ondan ayrıla biləcəklər”.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının azaldılması barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

OilGas.az

265 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ