Vyana sazişinə 94% əməl edilib – Barkindo

Vyana sazişinə 94% əməl edilib – Barkindo

Fevral ayında neft hasilatının azaldılması barədə Vyana sazişini imzalayan tərəflər öz öhdəliklərinin 94 faizini yerinə yetiriblər.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo məlumat verib. Onun sözlərinə görə, bu göstərici yanvar ayına olan rəqəmlərdən 8% çoxdur.

Bundan əlavə, Barkindo Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazruiyə intensiv danışıqlar zamanı konstruktiv fəaliyyətə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və müddətinin uzadılması imkanı nəzərdə tutulub.

OilGas.az

387 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ