Vyana sazişi gözlənilənləri doğrultmur? – Hələ bir il də vaxt lazımdır

Vyana sazişi gözlənilənləri doğrultmur? – Hələ bir il də vaxt lazımdır

“Neft bazarında balansı bərpa etmək üşün OPEC-ə daha bir il vaxt lazım gələcək”.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri “Facts Global Energy” konsaltinq qrupunun banisi və rəhbəri Fereydun Feşaraki bildirib. Feşarakinin fikrincə, qarşıya qoyulan məqsədə nail olmaq üçün neft hasilatı təkcə bu ilin sonuna qədər deyil, gələn ilin ilk yarımilliyində də azaldılmalıdır.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanının energetika naziri Xalid Al Falih OPEC və onun tərəfdaşlarının neft hasilatının azaldılmasından sonra gözlənilən nəticəni əldə etmədiklərini açıqlayıb.
OilGas.az

207 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ