Vyana sazişi 2018-ci ilin sonuna qədər uzadılmalıdır – Patrik Puyanne

Vyana sazişi 2018-ci ilin sonuna qədər uzadılmalıdır – Patrik Puyanne

Neft hasilatının azaldılması barədə Vyana sazişinin müddəti ən azı 2018-ci ilin sonuna qədər uzadılmalıdır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir fikri Fransanın “Total” şirkətinin rəhbəri Patrik Puyanne səsləndirib. Onun sözlərinə görə, bazarda ehtiyat artıqlığı uzun müddət özünü göstərdiyinə görə, balanslaşdırma üçün də çox vaxt lazımdır:

“Əgər OPEC üzvləri və katelə daxil olmayan neft istehsalçılarının sazişi effektiv olmalıdırsa, o ən azı 2 il qüvvədə olmalıdır. Bazarda neft artıqlığı 3-4 il müşahidə olunduğu üçün balanslaşdırma üçün də vaxt tələb olunur”.

“Total” rəhbəri hazırda neft bazarında zəif balanslaşma getdiyini bildirib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

Kartel nazirlərinin növbəti görüşü noyabrın 29-da Vyanada keçiriləcək.

OilGas.Az

206 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ