Vergiləri kriptovalyutalarla ödəmək mümkün olacaq

Vergiləri kriptovalyutalarla ödəmək mümkün olacaq

ABŞ-ın Arizona ştatı ilkə imza atıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın ən mühüm ştatlarından olan Arizonada Senat vergilərin kriptovalyutalarla ödənməsini leqallaşdıran qanun layihəsi qəbul edib.

Qanun layihəsi Nümayəndələr Palatasından da razılıq əldə etsə, Arizonada yaşayanlar vergiləri “Bitcoin”, “Ethereum” və digər kriptovalyutalarla ödəyə biləcəklər.

Sözügedən qanun layihəsinə əsasən, kriptovalyutalardakı kəskin dəyişikliklərdən ziyan görməmək üçün vergi idarələri kriptovalyutaları 24 saat ərzində ABŞ dollarına çevirəcəklər.

Xatırladaq ki, ötən il İsveçrədə də bəzi bələdiyyələr vergi ödənişlərini kriptovalyutalarla ödəməyə icazə vermişdi.

412 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ