Venesueladan OPEC-ə şok təklif – Neft hasilatı 4 dəfə azaldıla bilər

Venesueladan OPEC-ə şok təklif – Neft hasilatı 4 dəfə azaldıla bilər

OilGas.az The Wall Street Journal-a istinadən xəbər verir ki, bu təklifə əsasən, hasilat gündəlik 1,2 mln barel əvəzinə 5 mln barel azaldılmalıdır.

Neft hasilatının azaldılması barədə Vyana sazişinə əsasən, Venesuelanın kvotası gündəlik 95 min bareldir. Buna baxmayaraq, aprel ayında ölkədə hasilat 116 min barel azaldılıb. Beləliklə Venesuela gündəlik 1,956 mln barel neft hasil olunub.

OPEC-dəki mənbədən WSJ-yə verilən məlumata görə, Venesuelanın təklifi hələ ki OPEC üzvləri tərəfindən dəstək almayıb.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Mayın 24 və 25-də Vyanada saziş iştirakçıları sözügedən sazişin müddətinin uzadılıb-uzadılmayacağını müzakirə edəcəklər.

Oilgas.az

427 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ