Venesuela kriptovalyutasının istifadəyə veriləcəyi tarix açıqlandı

Venesuela kriptovalyutasının istifadəyə veriləcəyi tarix açıqlandı

Oktyabrın 1-dən etibarın “petro” kriptovalyutası beynəlxalq hesablaşmalarda istifadə olunacaq.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

O, bir “petro”nun dəyərinin 60 dollar və ya 3,6 min yeni bolivar kimi təyin edib.

Xatırladaq ki, Venesuela fevralın 20-də neftlə təmin olunmuş “petro” kriptovalyutasını buraxıb. Bununla da ölkə neft ehtiyatları ilə dəstəklənən kriptovalyutası olan ilk ölkə kimi tarixə düşüb.

46 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ