Venesuela böhranı dərinləşir – Ölkə 15 illik antirekorda imza atdı

Venesuela böhranı dərinləşir – Ölkə 15 illik antirekorda imza atdı

Bu ilin fevral ayında Venesueladan ABŞ-a neft ixracı 15 illik minimal həddə enib.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, fevralda PDVSA və onun birgə müəssisələri ABŞ-a gündəlik 378,45 min barel neft göndəriblər. Bu isə son illərdə aylıq normanın yarı həcminə bərabərdir. Fevral ayının göstəriciləri yanvarla müqayisədə 21%, ötən ilin fevral ayı ilə müqayisədə isə 43% aşağıdır.

Venesuela neftinin başlıca alıcıları onun ABŞ-dakı bölmələri olan “Citgo Petroleum”, eləcə də “Valero Energy Corp” və “Chevron Corp” şirkətləridir. Bundan əvvəl Venesuela neftinin başlıca alıcılarından olan “Phillips 66” və “PBF Energy Inc” fevral ayında PDVSA şirkətindən neft almayıblar.

Qeyd edək ki, Venesueladan ABŞ-a neft ixracının əhəmiyyətli həcmdə aşağı düşməsi bu Cənubi Amerika ölkəsində hasilatın azalması, eləcə də Venesuelaya qarşı yeni sanksiyaların tətbiqinin müzakirəsilə əlaqədardır.

2017-ci ilin yekunlarına əsasən, Venesuelada neft hasilatı ölkədə dərin iqtisadi və siyasi böhran fonunda 28 illik minimal həddə enib.

101 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ