Vahid Ələkbərov Putinə söz verdi – Rusiyadakı YDM-lərlə bağlı

Vahid Ələkbərov Putinə söz verdi – Rusiyadakı YDM-lərlə bağlı

“Lukoyl” rəhbəri Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
OilGas.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ələkbərov şirkətin yanacaqdoldurma məntəqələrini Rusiyadan çıxarmayacağını bildirib.

“Bizim şəbəkə genişdir. Belə bir məlumat yayılıb ki, bütün YDM-lərimizi satacağıq. Vergi manevrindən sonra pərakəndə biznes sahəsində böhran yaşanır. Qiymətlər daha çox satışla yox, hasilatla əlaqədardır. Növəti 10 il üçün strategiya düşünərkən, mütəxəssislərimiz pərakəndə şəbəkəni satmağı təklif etdilər. Lakin idarə heyəti bu təklifi qəbul etmədi”, -deyə şirkət rəhbəri qeyd edib.

Ələkbərov Rusiyada şirkətin markası altında təxminən 3 min YDM-in fəaliyyət göstərdiyini bildirib. O, YDM-lərin təkmilləşdirilməsini davam etdirəcəyinə dair Putinə söz verib.

Ələkbərov “Lukoyl” şirkətinin Ukrayna, Litva, Estoniya, Latviya və Polşada YDM-lərini satdığını açıqlayıb. Lakin digər satış bazarlarında şirkətin fəaliyyəti daha da artıb. Məsələn, Türkiyə, Hollandiya və Belçikada.

Xatırladaq ki, 2017-ci il mart ayının sonlarında “Lukoyl” şirkətinin gəlirin azlığına görə Rusiyadakı YDM-lərinin üçdə birini satmağı nəzərdən keçirdiyinə dair xəbər yayılmışdı.

OilGas.az

468 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ