“Ukrtransnafta” “Azeri Light” markalı nefti hərraca çıxarır

“Ukrtransnafta” “Azeri Light” markalı nefti hərraca çıxarır

Ukraynanın “Ukrtransnafta” şirkəti “Ukrayna Energetika Birjası”nda “Azeri Light” markalı 12 min ton nefti hərraca çıxarıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ticarət bülletenində bildirilib. Hərracın sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Məlumata əsasən, hərrac diferensial rejimdə keçiriləcək. Həcm 2 min və 10 min ton olmaqla 2 lota bölünəcək. Neft Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodunda) FCA (Free Carrier) şərtləri ilə satılır. Resurs sentyabrın 14-dən oktyabrın 14-dək daşınacaq.

“Ukrtransnafta” şirkətinin baş direktorunun birinci müavini Andrey Pasişkin qeyd edib ki, sentyabr ayı ərzində şirkət 37 min ton “Azeri Light” markalı nefti satmağı planlaşdırır:

“Hazırda Kremençuq NEZ-də 37 min ton “Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında qəbul edilən qərara əsasən, bu həcmi satmalıyıq. Sentyabr ayı ərzində sözügedən həcmi tam satmağı planlaşdırmışıq. Buna görə də, hər həftə 12 min, 12min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı düşünürük”.

OilGas.az

249 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ