Ukraynada təbii qazın qiyməti bahalaşacaq – Tarix açıqlandı

Ukraynada təbii qazın qiyməti bahalaşacaq – Tarix açıqlandı

Cari il avqustun 1-dən etibarən Ukraynada sənayə istehlakçıları üçün qaz tarifləri yüksələcək.

OilGas.az xəbər verir ki, bu barədə “Naftoqaz” şirkətindən məlumat verilib. İstehlakçılar üçün minimal qaz tarifi 2,9% bahalaşaraq hər min kubmetrə görə 7420,8 qrivnaya bərabər olacaq. Maksimal qiymət isə hər min kubmetrə görə 2,8% bahalaşaraq 8230,8 qrivnaya yüksələcək.

“Naftoqaz”ın qiymət təklifləri alışın həcmindən, ödəmə şərtlərindən və əvvəlki hesablaşmaların vəziyyətindən asılı olaraq fərqlənir.

Əgər alıcının “Naftoqaz”a borcu yoxdursa və ya ayda ən azı 50 min kubmetr qaz alacaqsa, onun üçün minimal qiymət müəyyənləşdirilir. Bütün digər hallarda daha yüksək qiymət tətbiq edilir.

OilGas.az

253 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ