Ukraynada qaz ehtiyatları sürətlə çoxalır

Ukraynada qaz ehtiyatları sürətlə çoxalır

Ukraynanın yeraltı anbarlarında qaz ehtiyatları iyulun 8-dən 15-dək 3,3% artaraq 12,320 milyard kubmetrə çatıb.

OilGas.az “Ukrtransqaz” şirkətinin məlumatlarına istinadən xəbər verir ki, iyulun 15-dək yeraltı anbarlara gündəlik təxminən 57,7 milyon kubmetr həcmində qaz vurulub.

Xatırladaq ki, 2016-2017-ci illərdə Ukrayna istilik mövsümünə 14,7 milyard kubmetr qazla daxil olub və mövsümü 8,4 milyard kubmetr qazla yekunlaşdırıb. Bu isə bütün müstəqillik dövrü ərzində ən aşağı göstəricidir.

Bir müddət əvvəl Ukraynanın energetika və kömür sənayəsi naziri İqor Nasalik bu il oktyabrın 1-dək yeraltı anbarlara 17 milyard kubmter həcmində qaz toplamaq planlarından bəhs edib.

OilGas.az

255 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ