Ukrayna Timaşenkonu borc əvəzinə “Qazprom”a verə bilər – Baş nazirdən şok təklif

Ukrayna Timaşenkonu borc əvəzinə “Qazprom”a verə bilər – Baş nazirdən şok təklif

 

“Rusiyanın neft şirkəti “Qazprom”a Ukraynanın keçmiş hökumət başçısı Yuliya Timaşenkonu vermək lazımdır”.
Oilgas.az İnterfaks-a istinadən xəbər verir ki, belə bir təkliflə Ukraynanın hazırki Baş naziri Vladimir Qroysman çıxış edib. Onun sözlərinə görə, Stokholm məhkəməsində Rusiya şirkətinə qarşı məğlub olduqda Ukrayna üçün yeganə variant məhz budur:

“Əgər biz qalib gəlsək, Ukraynaya münasibətdə ədalət bərpa olunacaq.Yox, əgər məhkəmə başqa qərar qəbul etsə, bu, 10 milyardlarla dollar deməkdir. Fikrimcə, biz bu məbləği ödəyə bilmərik. Çünki bu, Timoşenkonun imzaladığı müqavilənin nəticəsidir”.

Qroysman belə olan halda Timoşenkonu pul əvəzinə “Qazprom”a verməyi təklif edib:

“Əgər o imzalayıbsa, özü də məsuliyyət daşısın. Nə üçün bunu Ukrayna vətəndaşları ödəməlidir? Başqa variant yoxdur”.

Xatırladaq ki, “Qazprom” 2013-2014-cü ildə tədarük edilən neftin borcuna görə 2014-cü ildə “Naftoqaz”la bağlı Stokholm arbitraj məhkəməsinə müraciət edib.

Oilgas.az

405 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ