Ukrayna “Şimal axını-2”yə alternativ təklif etdi

Ukrayna “Şimal axını-2”yə alternativ təklif etdi

Ukrayna Avropa İttifaqına beynəlxalq konsorsium yaratmağı təklif edib.

OilGas.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti adminstrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib.

““Şimal axını-2” layihəsinin yolverilməzliyinə dair mövqeyimizi aydın şəkildə ifadə etdik. Avropa İttifaqının nümayəndələri bizim göstərdiyimiz səbəblərə anlayışla yanaşdılar. Dialoqumuzu bundan sonra da davam etdirəcəyik. Axı bizim razılığımız olmadan bu layihə həyata keçirilməməlidir. Bu layihəni tənqid etmək və bloklamaqla yanaşı alternativ təklif edirik. Qaz nəql sistemimizin əsasında beynəlxalq konsorsium yaratmaq imkanını təklif etdik”, -deyə Yeliseyev qeyd edib.

O həmçinin qeyd edib ki, Avropa 2018-ci ilin əvvəlində Avropa və Ukraynanın təhükəsizlik səviyyəsini artırmaq üçün Ukrayna qaz nəq sisteminin perspektivləri barədə beynəlxalq konfrans keçirilməsinə dair Ukrayna prezidenti Petro Poroşenkonun təşəbbüsünü dəstəkləyib.

Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiya qazının Baltik dənizinin dibilə Almaniyaya nəqlini nəzərdə tutur. Boru kəmərinin uzunluğu 1220 kilometr, gücü isə ildə 55 milyard kubmetr olacaq. O Rusiya resurs bazası ilə Avropa istehlakçıları bazarını birbaşa əlaqələndirəcək. Obyektin tikintisi 2018-ci ildə başlayıb 2019-cu ilin sonunda başa çatmalıdır.

Rusiyanın “Qazprom”, Almaniyanın “E.ON SE” və “BASF SE/Wintershall Holding GmbH.”, həmçinin “Royal Dutch Shell Plc.” (İngiltərə-Hollandiya), “OMV AG” (Avstriya) və “Engie S.A” (Fransa) şirkətləri “Şimal axını-2” layihəsinin səhmdarları qismində çıxış edir.

OilGas.az

 

 

178 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ