Ukrayna Rusiya qazından həmişəlik imtina edir – Yeni strategiya

Ukrayna Rusiya qazından həmişəlik imtina edir –  Yeni strategiya

Ukraynanın Energetika Nazirliyi ölkənin 2035-ci ilə qədərki enerji strategiyasını təqdim edib.

OilGas.az Kommersant-a istinadən xəbər verir ki, sənəd əsasən, Rusiya qazından asılılığı tamamamilə bitirməti nəzərdə tutur. 2035-ci ilə qədərki dövrdə Ukrayna “Qazprom”dan qaz almağı planlaşdırmır.

Qeyd edək ki, Ukrayna Rusiyadan qaz idxalını 2015-ci ilin noyabrında dayandırıb. Bu zamandan etibarən ölkə qaz tədarükünü Avropadan həyata keçirir.

Ukrayna özünü minimal olaraq 30-35 milyard kubmetr qazla təmin etməyi planlaşdırır. Lakin bu həcmdə hasilat yalnız 2035-ci ildə gözlənilir. Rəsmi Kiyev yeni yataqların kəşfi və işlənilməsinə investisiya cəlb etməyi hədəfləyir.

Ukraynada qaz hasilatı ötən il 15 milyard kub metr təşkil edib.

OilGas.az

 

280 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ