Ukrayna qaz hasilatını artırdı

Ukrayna qaz hasilatını artırdı

Bu ilin yanvar-may aylarında Ukrayna təbii qaz hasilatını 8,6 milyard kubmetrə qədər artırıb.

OilGas.az Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 208,8 milyon kubmetr (2,5%) daha çoxdur.

2017-ci ilin may ayında qaz hasilatı 1,76 milyard kubmetrə bərabər olub.  Beləliklə qaz hasilatı ötən ilin alaloji dövrü müqayisədə 88 milyon kubmetr və ya 5,3% daha artıq olub.

OilGas.az

 

253 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ