Ukrayna Norveçdən qaz idxalına başlayacaq

Ukrayna Norveçdən qaz idxalına başlayacaq

Ukrayna Norveçdən qaz idxal edəcək.

OilGas.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna energetika və kömür sənayesi nazirinin müşaviri Maksim Belyavski məlumat verib. Onun sözlərinə görə, Ukrayna Norveçdən qaz idxalına 2022-ci ildə başlamağı planlaşdırır:

“Norveçdən Ukraynaya birbaşa qaz axını artıq reallıqdır. İdxal 2022-ci ildən etibarən həyata keçiriləcək. Bizə yalnız UAPL interkonnektorlarını inşa etmək qalıb. Payızda boruların alınmasına başlanılmalıdır”.

Qeyd edək ki, bir müddət öncə Ukraynanın Energetika Nazirliyi ölkənin 2035-ci ilə qədərki enerji strategiyasını təqdim edib. Burada Rusiya qazından tamamilə imtina olunduğu öz əksini tapıb.

OilGas.az

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ