Ucuz benzin almaq üçün yeni üsul – VİDEO

Ucuz benzin almaq üçün yeni üsul – VİDEO

Türkiyədə benzin qiymətlərinin baha olması əhalinin alternativ yollar axtarmasına səbəb olub.

OilGas.az xəbər verir ki, Türkiyənin Ardahan və digər ərazilərinin sakinləri çıxış yolu kimi qonşu Gürcüstana üz tuturlar. Burada onlar avtomobillərinin yanacaq çənini daha az xərclə doldura bilirlər. Belə ki, Gürcüstanda benzinin bir litrinin dəyəri 3,80 lirədir (təxminən 1,70 AZN). Türkiyədə isə benzinin bir litri 5,66 lirəyə (təxminən 2,55 AZN) satılır.

Maşınlarına daha çox yanacaq doldurmaq üçün də kreativ insanlar maraqlı üsul da kəşf ediblər. Onlar maşının yanacaq çəninin yanındakı təkərini hündürə qaldırmaqla çənin daha çox yanacaq tutmasına nail olurlar.

Gürcüstana giriş üçün 15 lirə ödəməklərinə baxmayaraq, insanlar Gürcüstanda yanacaq almağın daha sərfəli olduğunu qeyd edirlər.

OilGas.az

460 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ