Türkiyədə güclü partlayış – Yaralılar var (VİDEO)

Türkiyədə güclü partlayış – Yaralılar var (VİDEO)

Türkiyənin Diyarbəkir vilayətində güclü partlayış baş verib.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, hadisə qaz balonlarının emalatxanasında qeydə alınıb. Məlumata görə, helium balonu partlayıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Partlayışın gücü yaxınlıqda yerləşən binaların pəncərələrinin qırılmasına səbəb olub.

Hadisə yerinə çox sayda təcili yardım və xilasetmə briqadaları cəlb edilib.

128 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ