Türkiyədə dizelə biodizel əlavə olunmağa başladı

Türkiyədə dizelə biodizel əlavə olunmağa başladı

Türkiyədə ən çox istifadə edilən yanacq növü olan dizelə biodizel əlavə olunmasıyla bağlı qərar tətbiq edilməyə başladı.

OilGas.az xəbər verir ki, Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) ötən il dizelin biodizellə qarışdırılması nisbətinə məcburi hədd tətbiq edilməsi barədə qərarı yeni ildən etibarən həyata keçirilməyə başlayıb.

Yeni qərara əsasən, dizelə ən az 0,5% yerli kənd təsərrüfatı məhsullarından və ya istifadə olunmuş bitki yağlarından istehsal edilmiş biodizel əlavə olunacaq. Beləliklə, yanacaq bazarında satılan hər 200 litr dizelin tərkibində ən az 1 litr biodizel olacaq.

Qeyd edək ki, Türkiyədə yanacaq satışının 84%-ni dizel növləri təşkil edir.

OilGas.az

206 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ