Türkiyədə benzin yenidən bahalaşdı

Türkiyədə benzin yenidən bahalaşdı

Türkiyədə benzinin qiyməti sabahdan etibarən bahalaşacaq.

OilGas.az xəbər verir ki, bu barədə Türkiyə Neft Məhsulları Həmkarlar İttifaqı (Petrol Ürünleri İşverenler Sendikası – PÜİS) məlumat yayıb.Benzin qiymətində 15 kuruş (təxminən 6 qəpik) olacağı gözlənilir.

Bu artımdan sonra İstanbulda benzinin br litrinin dəyəri 5,66 lirədən 5,81 lirəyə, Ankarada 5,70 lirədən 5,85 lirəyə, izmirdə isə 5,65 lirədən 5,80 lirəyə yüksələcək.

107 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ