Türkiyədə benzin və dizel bahalaşıb

Türkiyədə benzin və dizel bahalaşıb

Türkiyə bazarında benzin və dizel yanacağının qiyməti qaldırılıb.
“Report” xəbər verir ki, bu barədə Neft məhsulları bazarı iştirakçılarının işəgötürənlər təşkilatından məlumat verilib.
Məlumata görə, benzinin 1 litrinin qiyməti 12 qəpik, dizel yanacağının isə 9 qəpik qaldırılıb. Qiymət dəyişikliyi bu gündən tətbiq ediləcək.
Bu artımla İstanbulda benzinin 1 litrinin qiyməti 5,28 Türkiyə lirəsi (2,46 manat), dizel yanacağının 1 litrinin qiyməti isə 4,52 lirə (2,11 manat) olub.

OilGas.az

428 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ