Sabahdan Türkiyədə benzin qiymətləri bahalaşır

Sabahdan Türkiyədə benzin qiymətləri bahalaşır

Oktyabrın 26-dan etibarən Türkiyədə benzin qiymətləri bahalaşacaq.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanı Neft Məhsulları Həmkarlar İttifaqı (Petrol Ürünleri İşverenler Sendikası – PÜİS) verib. Açıqlamada mühərrik yağının (motorin) qiymətində heç bir dəyişiklik gözlənilmədiyi qeyd olunub.

Xatırladaq ki, Türkiyədə benzin qiymətləri sonuncu dəfə sentyabrın 6-da 5,18 lirədən 5,27 lirəyə yüksəlmişdi. Həmin vaxt motorin qiymətində də 0,26 (4,50-4,76) dəyərində artım olmuşdu.

OilGas.az

235 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ