Türkiyə üçün pulsuz qaz almaq dövrü bitti

Türkiyə üçün pulsuz qaz almaq dövrü bitti

İran Türkiyəyə təbii qaz ixracatından meydana gələn borcu tam həcmdə ödəyib

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə bundan sonra alacağı təbii qaz üçün tam ödəniş etməli olacaq.

İran Milli Qaz Şirkətinin rəhbəri Hamid Reza Aragi İranın Türkiyəyə qaz nəqlini bundan sonra da davam etdirəcəyini elan edib:
“İran indiyə qədər Türkiyəyə heç bir ödəniş almadan 8 milyard kubmetr təbii qaz nəql edib. Bundan sonra Türkiyəyə normal şəkildə qaz ixrac etməyə davam edəcəyik və ödənişini alacağıq”.

Qeyd edək ki, İrandan ildə 10 milyard kubmetr təbii qaz alan Türkiyə 2012-ci ildə yüksək qiymətlə satış həyata keçirdiyini əsas gətirərək İranı məhkəməyə verib. 2016-cı ildə Beynəlxalq Arbitraj məhkəməsi İranın əleyhinə qərar qəbul edib. Beləliklə, İran Türkiyəyə 1,9 milyard dollar ödəməli olub.

Ötən il İranın neft naziri Bijan Zanqane açıqlama verərək İranın borcunu, Türkiyəyə ixrac etdiyi qazın ödənişini almayaraq ödədiyini qeyd edib.

175 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ